"Barselona"dan yeni transfer - SABAH AÇIQLANACAQ

27 İyun 2020 21:00 İspaniya 949
"Barselona"dan yeni transfer - SABAH AÇIQLANACAQ

"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçin "Barselona"ya transferi rəsmiləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, Pyaniç sabah "Barselona" üçün tibbi müayinədən keçəcək.

Bu barədə jurnalistlər - Canluka Di Martsio və Nikolo Skira məlumat yayıblar. Katalon klubu 30 yaşlı futbolçuya görə 60 milyon avro ödəyəcək.

Bonuslar da nəzərdə tutulub. "Barsa"nın yarımmüdafiəçisi Artur isə 70+5 milyon avro qarşılığında "Yuve"yə transfer olacaq. Braziliyalı oyunçunun da sabah tibbi yoxlanışdan keçəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti