"O, axmaq məşqçidir, çox futbolçuya ziyan vurdu"

27 İyun 2020 12:02 İspaniya 667
"O, axmaq məşqçidir, çox futbolçuya ziyan vurdu"

“Barselona”nın əfsanəvi futbolçusu olmuş Xristo Stoiçkov bu komandanın baş məşqçisi olmuş Lui van Qal haqda sərt sözlər deyib.

Sportinfo.az xəbər verir ki, sport.es saytına müsahibəsində o, holland mütəxəssisin idarəçiliyindən narazılığını bildirib:

“Siz soruşursunuz ki, Rikelme niyə “Barselona”da uğur qazana bilmədi? Ona görə ki, onun Lui van Qal kimi axmaq məşqçisi vardı. O, müsbət şeylər də edib, amma çox futbolçu onun mənasız addımlarından zərər çəkib.

Mən də bunu yaşamışam. O, bir dəfə paltardəyişmə otağına girib dedi ki, oyunda “kroyfizm” çox idi. O zaman mən düşündüm ki, sən kimsən, Yohan Kroyf kimdir? Arada böyük fərq vardı”.

Lui, van Qal 1997-2000 və 2002-2003-cü illərdə “Barselona”nın baş məşqçisi olub. Xristo Stoiçkov isə 1990-97-ci illərdə Kataloniya komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!