Bir köməyi dəymədi - VİDEO

25 İyun 2020 14:22 İspaniya 425
Bir köməyi dəymədi - VİDEO

İspaniya 2-ci liqasında 35-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Las Palmas” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. “Albasete” hazırda 39 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!