Messi ad günündə özünə və "Barselona"ya nə hədiyyə etdi?

24 İyun 2020 15:04 İspaniya 1 124
Messi ad günündə özünə və "Barselona"ya nə hədiyyə etdi?

Argentina yığmasının hücumçusu Lionel Messi "Barselona"dakı karyerasında 250-ci məhsuldar ötürməsini edib.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPNFC özünün “Twitter”dəki səhifəsində bildirib.

Xatırladaq ki, "Barselona" İspaniya La Liqasının 31-ci turunun matçında "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 71-ci dəqiqədə Messinin ötürməsi ilə İvan Rakitiç vurub.

"Barselona" 68 xal toplayaraq "Real"ı 3 xalq qabaqlayaraq İspaniya La Liqasının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Cari mövsümdə Messi La Liqada 26 matçda iştirak edərək, 21 qol vurub, 15 məhsuldar ötürmə edib. Bu gün Messinin doğum günüdür. Futbolçunun 33 yaşı tamam olur.

Digər Xəbərlər
Xəbər Lenti