"Barselona"dan "Atletik" üzərində qələbə - VİDEO

24 İyun 2020 09:42 İspaniya 676
"Barselona"dan "Atletik" üzərində qələbə - VİDEO

İspaniya La Liqasında 31-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

"Barselona" "Atletik"i qəbul edib. Oyun Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 68-ə çatdıran "Barselona" turnir cədvəlində ilk pilləyə yüksəlib. "Real" 65 xalla 2-ci (30 oyun), "Atletiko" 55 xalla 3-cüdür.

"Barselona" - "Atletik" Bilbao 1:0
Qol:
Rakitiç, 71

Digər Xəbərlər
Xəbər Lenti