“Real” VAR vasitəsilə saxtakarlığı qanuniləşdirir?

22 İyun 2020 15:18 İspaniya 919
“Real” VAR vasitəsilə saxtakarlığı qanuniləşdirir?

“Barselona”nın sabiq direktoru Tini Freyks “Real Sosyedad” -“Real” qarşılaşmasında hakim idarəçiliyinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Freyks Madrid təmsilçisinin ədalətli qələbə qazanmadığını iddia edir.

“Real” ikinci qolu vurmazdan əvvəl Kərim Benzema topu əli ilə saxlamışdı. Amma hakimlər qayda pozuntusu qeydə almadılar.

Sabiq direktor “Tvitter”də belə yazıb: “Onlar VAR-ı saxtakarlıqlarını qanuniləşdirmək üçün vasitəyə çeviriblər”.

“Real” “Real Sosyedad”a 2:1 hesabı ilə qalib gələrək, liderliyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!