İspaniya La Liqa2-də XXXIV turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun komandası "Albasete" ev matçına çıxıb.
Komanda 4-cü pillədə qərarlaşan "Hueska"nı qəbul edib. Autsayderlər zonasından uzaqlaşmağa çalışan "Albasete" güclü rəqibi üzərində qələbəni son anda əldən verib.
Eddinin komandası hər hissədə bir qol vuraraq 2 top fərqi ilə önə keçsə də, son 10 dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar - 2:2.
Start heyətində meydana daxil olan yığmamızın üzvü 90 dəqiqəni əvəz edilmədən keçirib. Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran "Albasete" turnir cədvəlində 16-cı pilləyə yüksəlib.

