Xoan Rubi "Betis"in baş məşqçi postundan istefaya göndərilib.
Sportinfo.az xəbər verir ki, bu qərar La Liqanın XXX turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib.
50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib.
Truxilyo 7 mövsüm ərzində "Betis" forması ilə 264 matçda iştirak edib. O, 2016/2017-ci illər mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.
30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən "Betis" növbəti turda "Levante"nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək.

