"Atletiko”ya 3-cü pilləyə yüksəlmək üçün 1 qol bəs etdi - VİDEO

21 İyun 2020 12:00 İspaniya 1 251
"Atletiko”ya 3-cü pilləyə yüksəlmək üçün 1 qol bəs etdi - VİDEO

İspaniya La Liqasının 30-cu turunun matçında Madrid "Atletiko"su "Valyadolid"i qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş Madridin "Vanda Metropolitano" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi "Atletiko"nun yarımmüdafiəçisi Vitolo olub. 30 yaşlı futbolçu 81-ci dəqiqədə dəqiq zərbə ilə topu qonaqların qapısından keçirib.

Hazlrda "Atletiko" yarış cədvəlində üçüncü yeri tutur. Madrid komandasının aktivində 52 xal var. "Valyadolid" 33 xalla 15-ci yerlə kifayətlənməli olub.

"Atletiko" – "Valyadolid" 1:0

Qol: Vitolo, 81.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti