"Ronaldo üçün darıxırıq"

15 İyun 2020 18:48 İspaniya 711
"Ronaldo üçün darıxırıq"

"Real"ın yarımmüdafiəçisi Luka Modriç sabiq komanda yoldaşı Kriştianu Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı "La Gazzetta dello Sport"a müsahibəsində portuqaliyalı futbolçu üçün darıxdıqlarını bildirib:

"Bu, bir az mənasız səslənsə də, yenə təkrarlayacam: Ronaldo tarixin ən yaxşı futbolçularından biridi.

"Real"da onun qolları və xarakteri üçün darıxırıq. Kriştianu həmişə qələbə qazanmaq istəyirdi. O, bizə motivasiya verirdi.

İnsan kimi ona 10-dan da artıq qiymət verərdim. Ronaldonun böyük ürəyi var. O, köməyə ehtiyacı olanlara həmişə yardım etməyə hazırdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti