Millimizin futbolçusunun kefini korladılar - VİDEO

15 İyun 2020 10:24 İspaniya 706
Millimizin futbolçusunun kefini korladılar - VİDEO

İspaniya 2-ci liqasında 32-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Almeriya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!