İsrafilov oynadı və uduzdu

14 İyun 2020 23:40 İspaniya 719
İsrafilov oynadı və uduzdu

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, milliləşən legionerimiz Sequndanın XXXII turunda iştirak edib.

O, şərəfini qoruduğu “Albasete”nin “Almeriya” ilə ev görüşünə start heyətində başlayıb. 90 dəqiqə əvəzlənmədən meydanda olan Eddi heç nə ilə fərqlənməyib.

Onun komandası 0:1 hesabı ilə uduzub. 32 oyunda 35 xal toplayan “Albasete” 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!