"Barselona"nın sabiq futbolçusu Xristo Stoiçkov Kataloniya klubunun hazırkı kapitanı Lionel Messi barədə danışıb.
Sportinfo.az xəbər verir ki, bolqarıstanlı veteran hücumçu "Marca"ya açıqlamasında argentinalı forvardın canlı əfsanə olduğunu söyləyib.
Stoiçkov 1990-1995 və 1996-1997-ci illərdə "Barselona"da çıxış edib. O bildirib ki, 33 yaşlı futbolçunun dünya çempionluğunu qazanması üçün 1994-cü ildəki mundialda layiq görüldüyü "Qızıl buts" mükafatından keçməyə hazırdır:
"Leonun "Barselona"da etdiklərini heç kim təkrarlaya bilməz. Onun kimi başqa bir oyunçunun olduğunu düşünmürəm. Messini ilk dəfə 12-13 yaşı olanda görmüşəm.
Həmin vaxtdan bu yana hər kəsi təəccübləndirir. Bu, təkcə onun oyun keyfiyyəti ilə deyil, həm də insanlığı ilə bağlıdır. Həmişə ən çox ehtiyacı olanlara kömək edir".

