"Barselona”nın və futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi məcburi fasilədən meydançaya qayıdışından sonra sosial şəbəkədə gözləntilərini paylaşıb.
Sportinfo.az xəbər verir ki, o, öz fikirlərini “Instagram”da bölüşüb.
"Oynamağın qeyri-mümkünlüyü məni fikirləşməyə məcbur etdi. Mən özümü istənilən başqa futbolçu kimi hiss edirəm. Mən sadəcə oynamaq istəyirəm. Futbol oynamaq — bu bəxşişdir və çox insan səni dəstəkləyir, hətta lap çox”, - futbolçu sosial şəbəkədə deyib.
Futbol — bu başqalarına ilham vermək və ilham almaq imkanıdır. Və hər şeydən ən böyük hədiyyə — başqaları üçün sevincin yaradılmasıdır. Futbol qayıdır və mən yenidən hazıram", — Messi özünün "Instagram”dakı səhifəsindəki videoçarxda deyib.

