16 yaşında "Barselona"ya keçə bilər

12 İyun 2020 20:40 İspaniya 847
16 yaşında "Barselona"ya keçə bilər

"Barselona" "Rayo Valyekano"nun futbolçusu Fabian Luzzini transfer etməyə yaxındır.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, 16 yaşlı hücumçu Kataloniya klubuna keçməyə razılıq verib. Tərəflərin yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Bildirilib ki, Luzzi ilə "Real" və "Atletiko" da maraqlanır. Ancaq "Barselona" bu transfer uğrunda mübarizədə Madrid təmsilçilərini qabaqlayır.

Qeyd edək ki, Luzzi "Rayo Valyekano"nun gənclər komandasında oynayır.

Digər Xəbərlər
Xəbər Lenti