Messi Ronaldodan 2 dəfə... Alimlər sübut etdilər

12 İyun 2020 11:48 İspaniya 2 882
Messi Ronaldodan 2 dəfə... Alimlər sübut etdilər

Sportinfo.az xəbər verir ki, Hollandiyanın "SciSports" informasiya şirkəti Belçikanın Levena Universiteti ilə birlikdə "Barselona" nın hücumçusu Lionel Messi və "Yuventus" un ulduzu Kristiano Ronaldonun oyun keyfiyyətlərini araşdırıb.

Araşdırma nəticəsində bəlli olub ki, argentinalı oyun keyfiyyətlərinə görə portuqalı iki dəfə üstələyir.

Tədqiqat oyun parametrlərinə əsaslanan imkanların qiymətləndirilməsi prinsipi əsasında aparılıb

Futbolçunun oyun zamanı etdiyi bütün hərəkətlər və görüşün nəticəsinə təsiri xüsusi qiymətləndirilib. Messinin nəticəsi 1,21 balla qiymətləndirilib. Ronaldoya isə 0,61 bal verilib.

Tədqiqat göstərib ki, Messi topla daha çox oynayır, daha çox qol epizodları yaradır, eyni zamanda matçın nəticəsinə Ronaldodan daha çox təsir göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!