Koronavirus pandemiyasına görə martdan dayandırılan La Liqa bərpa olunub.
Sportinfo.az xəbər verir ki, 28-ci tur çərçivəsində bir qarşılaşma keçirilib.
Əndəlüs derbisində “Sevilya” “Betis”i qəbul edib. Bu qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Qarşılaşma koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.
Sportinfo.az xəbər verir ki, “Sevilya” – “Betis” qarşılaşmasından öncə Rusiyanın “Matç TV” kanalında oyunun peşəkar futbol ekspertləri ilə müzakirəsi keçirilib.
Efirə videozənglə qoşulan belə mütəxəssislərdən biri də “Neftçi“nin sabiq baş məşqçisi Vəli Qasımov olub. O, V.Qasımov 1992-95-ci illərdə “Betis”in heyətində çıxış edib.

