İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub.
XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" üz-üzə gəlib.
"Ramon Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.
Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədə möhkəmlənib. "Betis" isə 33 xalla 12-cidir., La Liqa qarşılaşmaları azarkeşsiz keçirilir.
"Sevilya" - "Betis" 2:0
Qollar:Okampos, 56-pen, Fernando, 62

