İspaniya La Liqa-2-nin XXVIII turundan təxirə salınmış oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, fevralda baş tutan və birinci hissədən sonra təxirə salınan "Rayo Valyekano" - "Albasete" matçının ikinci hissəsi oynanılıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun qırmızı vərəqə alması səbəbindən "Albasete" görüşün ikinci hissəsini azlıqda keçirib. Bundan yararlanan ev sahibləri 61-ci dəqiqədə vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.
Bu məğlubiyyət 35 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan "Albasete"nin irəliləməsinə mane olub.

