La Liqa hakimində koronavirus aşkarlandı

10 İyun 2020 01:38 İspaniya 1 040
La Liqa hakimində koronavirus aşkarlandı

İspaniya La Liqasının oyunlarına təyinat alan futbol hakimi koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, çempionatın bərpa qərarından sonra əsas hakimlər və onların köməkçiləri testdən keçib.

Testinin nəticəsi müsbət çıxan ədalət təmsilçisi təcrid olunub. Bir neçə gün ərzində hakimlərdən növbəti dəfə test götürüləcək.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti