"Hər kəs xəyalımın "Barselona"nı çalışdırmaq olduğunu bilir"

8 İyun 2020 11:20 İspaniya 534
"Hər kəs xəyalımın "Barselona"nı çalışdırmaq olduğunu bilir"

Niderland millisinin baş məşqçisi Ronald Kuman yaxın keçmişdə "Barselona"dan təklif aldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı çalışdırcı katalonların Ernesto Valverde ilə yollarını ayırdıqdan sonra ona müraciət etidiyini bildirib:

"Barselona" mənə bir neçə dəfə təklif göndərdi. Ancaq mən sözümün üstündə durdum və Avropa çempionatında oynayacağı üçün Niderland yığmasında qaldım. Gələcəkdə necə olacağını görəcəyik.

AÇ-2020-dən sonra millidən ayrılmaq ehtimalım yaranmışdı. Ancaq turnir təxirə salındı. Hər kəs xəyalımın "Barselona"nı çalışdırmaq olduğunu bilir".

Keçmiş niderlandlı futbolçu 1989-1995-ci illərdə "Barselona"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti