"Barselona" icarəyə verdiyi futbolçu geri qayıdır

2 İyun 2020 17:38 İspaniya 579
"Barselona" icarəyə verdiyi futbolçu geri qayıdır

"Şalke" "Barselona"dan qışda icarəyə götürdüyü futbolçu Jan-Kler Todibonu birdəfəlik almamaq qərarına gəlib.

Sportinfo.az "Marca"ya istinadən xəbərə görə, Almaniya təmsilçisi 20 yaşlı müdafiəçi üçün 25 milyon avro ödəmək istəməyib. Klubun onu almaq hüququnun müddətinin mayın 31-i başa çatdığı vurğulanıb.

"Barselona"nın Todibonu başqa kluba satmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Todibo "Şalke"də 10 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM