"Barselona"nın Pyaniç planı

22 May 2020 20:00 İspaniya 469
"Barselona"nın Pyaniç planı

"Barselona"nın yarımmüdafiəçisi Artur Melo növbəti mövsümdən "Yuventus" forması ilə izləyə bilərik.

Sportinfo.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Artur "Yuventus"a keçməyə razılıq verib. "Barselona" Miralem Pyaniç qarşılığında braziliyalı futbolçunu "qoca sinyora"ya göndərməyi planlaşdırır. Klublar hazırda "barter" şərtlərini müzakirə edirlər.

Turin klubunun baş məşqçisi Mauritsio Sarri Pyaniçi sərbəst buraxmağa hazırdı.

Cari mövsümdə La Liqada 16 matçda meydana çıxan Artur 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti