"Real" Ronaldo ilə bağlı planlarına aydınlıq gətirdi

9 Aprel 2020 00:28 İspaniya 1 231
"Real" Ronaldo ilə bağlı planlarına aydınlıq gətirdi

"Real” "Yuventus”da çıxış edən Kriştianu Ronaldonu qaytarmağa hazırlaşmır.

Sportinfo.az xəbər verir ki, portuqaliyalının Madridə qayıdışı ehtimalı praktik olaraq sıfıra bərabərdir.

"Kral klubu"nun prezidenti Florentino Peres əvvəlki kimi hücumçunu yüksək qiymətləndirir, amma hesab edir ki, onun vaxtı keçib.

"Real”ın yeni strategiyası gənc futbolçuların əldə edilməsindən ibarətdir. Buna görə də klub üçün PSJ-nin hücumçusu Kilian Mbappe prioritetdir.

İtaliyanın idman mütəxəssisləri güman edirlər ki, "Yuventus" 35 yaşlı Ronaldunu sata bilər, çünki koronavirus pandemiyası səbəbindən maliyyə böhranı ilə əlaqədar klubun onun maaşını ödəməsi ilə bağlı problem yaranacaq. Turin klubunda portuqaliyalının maaşı ildə 31 milyon avro təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti