
“Barselona” rəhbərliyi baş məşqçi Ernesto Valverdenin fəaliyyətindən narazıdır.
Sportinfo.az xəbər verir ki, onun yaxın günlərdə istefaya göndəriləcəyi deyilir. Artıq klub rəsmilərinin bir neçə məşqçi ilə danışıqlar apardığı barədə də məlumatlar yayılıb.
“Barsa” rəhbərliyi əvvəlcə Ronald Kumana təklif göndərib. Kuman bu təklifi eşidəndə, təəccüblənib. O, təklifdən imtina edərək Niderland yığması ilə hədəflərinin olduğunu bildirib.
Bundan sonra isə rəhbərlik “Tottenhem”in sabiq baş məşqçisi Mauritsio Poçettinoya üz tutub. Amma onunla danışıqların detalalrı barədə məlumat veruilmir.
Daha bir xəbərdə isə bildirilir ki, “Barselona” sabiq futbolçusu Xavi ilə də danışıqlar aparır. Böyük ehtimalla, Poçettino ilə danışıqlar uğursuz olsa, “Barselona” üstünlüyü Xaviyə verəcək.