Messi Ronaldonu geridə qoydu

8 Dekabr 2019 11:48 İspaniya 1 357
Messi Ronaldonu geridə qoydu

La Liqanın XVI turunun "Malyorka" ilə oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən argentinalı hücumçu İspaniya çempionatında 35-ci dəfə bu uğura nail olub. 32 yaşlı superulduz bu göstərici ilə La Liqada 34 dəfə het-tirkə imza atan "Real"ın sabiq hücumçusu, hazırda isə "Yuventus"da çıxış edən Kriştianu Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Barselona" - "Malyorka" oyunu kataloniyalıların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti