"Qarabağ"dan sonra "Leqanes"i uddular

1 Dekabr 2019 18:16 İspaniya 758
"Qarabağ"dan sonra "Leqanes"i uddular

İspaniya La Liqasında XV turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" bu tur evdə "Leqanes"i qəbul edib. "Ramon Sançes Pisxuan"da keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 63-cü dəqiqədə Dieqo Karlos vurub.

Bu qələbədən sonra xallarının sayını 30-a yüksəldən "Sevilya" ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, La Liqa təmsilçisi 3 gün öncə doğma meydanda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM