“Narazıdırsa, bu məsələ həll edilməlidir, yoxsa oynamayacaq”

4 Sentyabr 00:20 İspaniya 576
“Narazıdırsa, bu məsələ həll edilməlidir, yoxsa oynamayacaq”

“Real”ın baş məşqçisi Joze Mourinyo “Atletiko”nun hücumçusu Xulian Alvaresin “Barselona”ya baş tutmayan transferi barədə danışıb.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Alvaresin mövsümün sonuna qədər “Atletiko” üçün mühüm futbolçu olaraq qalacağını bildirib:

“Futbolçu komandasında narazıdırsa, məsələ transfer pəncərəsi bağlanana qədər həll olunmalıdır. Ancaq Alvaresin mövsümün sonuna qədər “Atletiko” üçün mühüm futbolçu olaraq qalacağını düşünürəm.

Adətən deyirəm ki, futbolçu narazıdırsa, bu məsələ transfer pəncərəsi bağlanana qədər həll edilməlidir. Əks halda, oynamayacaq.

Amma mənə elə gəlir ki, Alvares mövsümün sonuna qədər “Atletiko” üçün vacib oyunçu olacaq”.

26 yaşlı hücumçu bu mövsüm La Liqada yalnız bir oyunda meydana çıxıb.

“Atletiko” sentyabrın 5-də, İspaniya çempionatının növbəti turunda səfərdə “Atletik”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM