“Real”ın müdafiəçisi ilə bağlı bütün ittihamları ləğv etdi - Məhkəmədən bəraət aldı

3 Sentyabr 21:40 İspaniya 465
“Real”ın müdafiəçisi ilə bağlı bütün ittihamları ləğv etdi - Məhkəmədən bəraət aldı

“Real”ın müdafiəçisi Raul Asensio azyaşlının iştirakı ilə intim xarakterli videonun yayılmasına görə iş üzrə bəraət alıb.

Sportinfo.az COPE-yə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında iş üzrə iki zərərçəkmiş şəxs Asensio və digər təqsirləndirilən şəxslərə – həmin vaxt “Real”ın akademiyasında çıxış edən Ferran Ruis, Xuan Rodriges və Andres Qarsiyaya qarşı heç bir iddialarının olmadığını bildiriblər.

Məhkəmə Asensio ilə bağlı bütün ittihamları ləğv edib.

Təqsirləndirilən digər üç nəfər də zərərçəkmiş şəxsin razılığı olmadan intim xarakterli videonun yayılması ittihamı üzrə bəraət alıb.

Bununla belə, onların azyaşlının iştirakı ilə çəkilmiş intim videonun yayılmasında ittihamları qüvvədə qalıb. Çünki İspaniya qanunvericiliyinə əsasən, bu xarakterli cinayət zərərçəkmiş şəxslərlə barışıq yolu ilə həll edilə bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM