“Barselona” icarəyə verdi - 30 milyon avroluq satınalma bəndi yer aldı

2 Sentyabr 22:00 İspaniya 449
“Barselona” icarəyə verdi - 30 milyon avroluq satınalma bəndi yer aldı

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado La Liqada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, “Deportivo” ispaniyalı futbolçunu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kasado mövsümün sonunadək La Korunya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avroluq satınalma bəndi yer alıb.

Kasado “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya klubunun heyətində meydana çıxdığl 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM