“Qalatasaray”ın 35 milyon avroluq istəyini geri çevirdi - “Real”

2 Sentyabr 18:40 İspaniya 555
“Qalatasaray”ın 35 milyon avroluq istəyini geri çevirdi - “Real”

“Real” yarımmüdafiəçi Eduardo Kamavinqa üçün “Qalatasaray”dan gələn təklifi rədd edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu fransalı futbolçu üçün 35 milyon avro təklif edib.

Lakin “Real” bu məbləği kifayət hesab etməyib. Kamavinqanın komandada qalacağı gözlənilir.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada keçirilən hər üç oyunda meydana çıxıb, lakin fərqlənməyib.

Onun Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. “Transfermarkt” oyunçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM