“Barselona”nın baş məşqçisi Hans-Diter Flik, La Liqanın 3-cü turunda “Rayo Valyekano” üzərində qazanılan 5:2 hesablı qələbədən sonra Rafinyanın çıxışını dəyərləndirib.
Braziliyalı hücumçu qarşılaşmada iki qol vurub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı məşqçi bunu söyləyib:
“Ondan bu cür oyun gözləyirdim. O, dünya səviyyəli oyunçudur. Onu həmişə komandamda görmək istəyirəm. Kapitan olmaq onun üçün yaxşı olacaq.
Bu matçda məni sevindirən bir çox şey baş verdi. Bəzi oyunçular komandaya yeni qoşulublar, amma onlar artıq yüksək səviyyəli oyun nümayiş etdirirlər.
Komanda ruhumuz fantastikdir. Bununla belə, bəzi sahələri inkişaf etdirməliyik və edəcəyik”.
Rafinya bu mövsüm La Liqada keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
