"Barselona"nın müdafiəçisi bu kluba keçdi - Növbəti satışdan faiz payını özündə saxladı

16:55 İspaniya 126
"Barselona"nın müdafiəçisi bu kluba keçdi - Növbəti satışdan faiz payını özündə saxladı

“Barselona” müdafiəçi Ektor Fortun “Real Sosyedad”a keçdiyini açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunu prioritet qaydada geri alma hüququnu və onun növbəti satışından faiz payını özündə saxlayacaq.

Daha əvvəl transfer məbləğinin 8 milyon avro olacağı barədə məlumat yayılmışdı.

Həmçinin “Barselona” futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 50%-ni ala və müdafiəçini 20 milyon avroya geri qaytara biləcək.

Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!