“Sabah”ın məşhur rəqibinin müdafiəçisi ilə maraqlanır - “Milan”

18:20 İspaniya 110
“Sabah”ın məşhur rəqibinin müdafiəçisi ilə maraqlanır - “Milan”

“Milan” “Barselona”nın müdafiəçisi Alexandro Balde ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

“Milan” 22 yaşlı futbolçunun mümkün transferi üçün “Barselona” ilə əlaqə saxlayıb. Kataloniya klubu Baldeni 40 milyon avro dəyərində qiymətləndirir.

“Qırmız-qaralar” ispaniyalı müdafiəçini icarəyə götürmək variantını nəzərdən keçirir. Bununla belə, Baldenin tam transferi də istisna edilmir.

Balde ilə “Mançester Yunayted” də maraqlanır. Daha əvvəl “qırmızı şeytanlar”ın futbolçunun agenti ilə görüş keçirməyi planlaşdırdığı bildirilib.

Balde yeni mövsümdə hələ meydana çıxmayıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti