Səni əsas heyətdə görmürəm - Baş məşqçi QƏRARINI AÇIQLADI

28 Avqust 12:20 İspaniya 688
Səni əsas heyətdə görmürəm - Baş məşqçi QƏRARINI AÇIQLADI

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Alexandro Balde ilə görüş keçirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik şəxsi söhbət zamanı 22 yaşlı futbolçuya onu hazırda ehtiyat oyunçu kimi gördüyünü bildirib.

Almaniyalı mütəxəssis komandaya qoşulan portuqaliyalı müdafiəçi Joao Kanselonu sol cinahda oynatmağı planlaşdırır.

O, Baldeyə əsas heyətdəki yerini geri qazanmaq üçün daha çox çalışmalı olduğunu deyib. İspaniyalı müdafiəçinin isə bu çağırışı qəbul etdiyi və özünü məşqçilər heyətinə sübut etməyə hazır olduğu bildirilib.

Balde ilə “Mançester Yunayted”in maraqlandığı deyilir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO