“Artıq oyunlardan əvvəl həyəcanlanmıram, bu dəfə ehtiyat skamyadan baxa bildim”

15:20 İspaniya 116
“Artıq oyunlardan əvvəl həyəcanlanmıram, bu dəfə ehtiyat skamyadan baxa bildim”

Joze Mourinyo 13 ildən sonra ilk dəfə “Real”ın baş məşqçisi kimi “Santyaqo Bernabeu”da meydana çıxıb.

“Kral klubu” La Liqanın növbəti turunda doğma meydanda “Real Sosyedad”ı 4:1 hesabı ilə məğlub edib.

Kilian Mbappe het-trik edib, Vinisius Junior isə bir qola imza atıb.

Sportinfo.az “Madrid Universal”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra “Santyaqo Bernabeu”ya qayıdışı barədə danışıb:

“Mənim “Santyaqo Bernabeu”ya qayıdışım normal keçdi. Artıq oyunlardan əvvəl həyəcanlanmıram.

Sonuncu dəfə fevralda “Benfika” ilə bura gələndə oyunu dayanacaqda izləməli olmuşdum. Bu dəfə isə ehtiyat oyunçular skamyasından baxa bildim”.

“Benfika”nın baş məşqçisi kimi “Real”a qarşı səfər oyununda Mourinyo cəza səbəbindən texniki zonada olmayıb.

63 yaşlı mütəxəssis iyunda “Real”a qayıdıb. O, ötən ilin sentyabrından “Benfika”nı çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!