“Mançester Siti”dən ayrılan 32 yaşlı ulduz “Real”da

10:00 İspaniya 138
“Mançester Siti”dən ayrılan 32 yaşlı ulduz “Real”da

“Real Madrid” yeni transferi Bernardo Silva üçün rəsmi təqdimat mərasimi keçirib.

Sportinfo.az xəbər verir ki, tədbir klubun “Ciudad Real Madrid” təlim-məşq bazasının konfrans zalında təşkil olunub.

Mərasimdə Madrid təmsilçisinin prezidenti Florentino Peres portuqaliyalı yarımmüdafiəçini salamlayaraq ona komandada uğurlar arzulayıb.

Bernardo Silva İspaniya klubu ilə 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulan 2 illik müqaviləyə imza atıb.

İmza mərasimindən sonra futbolçuya xüsusi hədiyyələr – stadionun maketi, qol saatı və 20 nömrəli forma təqdim olunub.

32 yaşlı ulduz yarımmüdafiəçi bu yay “Mançester Siti”dən ayrılaraq “Kral klubu”na keçib. O, yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!