"Bir neçə gərgin gün geridə qaldı, amma hər şeyin həll olunmasına sevinirəm"

10:00 İspaniya 90
"Bir neçə gərgin gün geridə qaldı, amma hər şeyin həll olunmasına sevinirəm"

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Kataloniyaya gəlib və jurnalistlərin suallarını cavablandıraraq “Barselona”ya keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Viktor Navarro məlumat yayıb.

Kataloniya təmsilçisinə transfer olunan təcrübəli futbolçu təəssüratlarını bölüşərək bu keçidin onun üçün arzunun gerçəkləşməsi olduğunu bildirib:

“Gəldiyim üçün çox şadam. Bir neçə gərgin gün geridə qaldı, amma hər şeyin həll olunmasına sevinirəm.

Hamınızla tanış olmaq və burada olmaq xoşdur. “Barselona”da oynamaq mənim üçün arzunun gerçəkləşməsidir.

Komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm, onların bir çoxunu artıq tanıyıram. İndi işləmək və Çempionlar Liqasını, eləcə də qarşıdakı bütün turnirləri qazanmaq üçün hər şeyi etmək vaxtıdır”.

Rodri bundan əvvəl “Vilyarreal”, “Atletiko Madrid” və “Mançester Siti” kimi klubların şərəfini qoruyub. Mançester təmsilçisinin heyətində o, Çempionlar Liqası başda olmaqla bir çox daxili və beynəlxalq titullara sahib çıxıb.

İspaniya yığması ilə 2026-cı ildə dünya, 2024-cü ildə Avropa çempionu olan, eləcə də 2023-cü ildə Millətlər Liqasında zəfər qazanan ulduz yarımmüdafiəçi, 2024-cü ildə “France Football” nəşri tərəfindən dünyanın en yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!