İspaniyalı yarımmüdafiəçi Rodri Hernandes “Mançester Siti”dən “Barselona”ya keçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Kataloniya klubu ilə 2030-cu ilin iyun ayına qədər olan müqavilə imzalayıb.
Rodrinin transferinin “Barselona”ya 60 milyon avro və bonuslara başa gəldiyi bildirilir. İddiaya görə, yarımmüdafiəçi yeni komandasında mövsümdə 15 milyon avro qazanacaq.
Rodri “Mançester Siti”də 298 oyun keçirib, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.
“Barselona” yeni mövsümün ilk rəsmi oyununu 23 avqustda keçirəcək. Komanda La Liqanın açılış turunda “Elçe” ilə qarşılaşacaq.
