İspaniya millisinin və PSJ-nin hücumçusu Ferran Torres heyvanlara olan sevgisindən danışıb. İspaniyalı futbolçunun bir neçə iti var və onlardan birini sığınacaqdan sahiblənib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Torres 2026-cı il dünya çempionatı zamanı itləri üçün darıxdığını deyib:
“Dünya çempionatı zamanı itlərim üçün daim darıxırdım. Dostum məni ruhlandırmaq üçün onların videolarını göndərirdi. Amma yenə də kədərli olduğum günlər olurdu.
ABŞ-dəki həyatı isə sevirəm. Burada böyük xəyallar qurmaq mümkündür”.
Yayda keçirilən dünya çempionatının əksər oyunları ABŞ-də təşkil olunub və İspaniya millisi mundialın qalibi olub.
Torres bu yay “Barselona”dan PSJ-yə keçib.
