Klubundan gələn mesajı sosial şəbəkədə paylaşdı: “Bir gün danışacam…”

21:40 İspaniya 102
Klubundan gələn mesajı sosial şəbəkədə paylaşdı: “Bir gün danışacam…”

“Jirona”nın hücumçusu Viktor Tsıqankov klub rəhbərliyi ilə arasında yaranan narazılığa işarə edib.

Daha əvvəl komandanın baş məşqçisi Kike Alvares ukraynalı futbolçunun Sequndanın ilk turunda “Leqanes”lə oyunda (1:1) meydana çıxmaqdan imtina etdiyini açıqlayıb.

Tsıqankovun komandadan ayrılmaq istədiyi, lakin “Jirona”nın onun üçün yüksək məbləğ tələb etdiyi bildirilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra klub rəhbərliyi futbolçuya mətbuatla bağlı müqavilə öhdəliklərini xatırladıb.

Tsıqankov isə klubun ona göndərdiyi mesajı sosial media hesabında paylaşaraq, əli ilə ağzını bağlayan bir kişi fotosu ilə birlikdə “Bir gün danışacam…” sözlərini yazıb.

Klubun futbolçuya göndərdiyi mesajda isə belə deyilir:

“Salam, Viktor, unutmayın ki, mətbuatla münasibətlərlə bağlı müqavilənizdə (və digər komanda yoldaşlarınızın müqavilələrində) nəzərdə tutulduğu kimi, hər hansı ictimai açıqlama, müsahibə və s. əvvəlcədən klubun mətbuat katibi tərəfindən təsdiqlənməlidir.

Bir jurnalist bizimlə əlaqə saxladı və biz ona hazırda müsahibə vermədiyimizi dedik. Və biz bunu qeyd etdiyimiz üçün artıq bilirsiz ki, “Jirona”dan icazəniz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti