Altı milyon avro aldı, müdafiəçisini "Ayaks"a satdı - "Barselona"

18 Avqust 15:40 İspaniya 530
Altı milyon avro aldı, müdafiəçisini "Ayaks"a satdı -

“Barselona” sol cinah müdafiəçisi Jofre Torrentsi “Ayaks”a satıb.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu Niderland klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Daha əvvəl bildirilirdi ki, “Barselona” bonuslar daxil olmaqla transferdən 6 milyon avroya qədər gəlir əldə edə bilər. Kataloniya klubu həmçinin Jofrenin gələcək satışından 50% pay hüququnu özündə saxlayıb.

"De Telegraaf"ın məlumatına görə, bonuslar nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avronu keçməyəcək.

Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM