“Borussiya”nın “radar”ındadır - “Barselona”nın müdafiəçisi

17 Avqust 15:40 İspaniya 506
“Borussiya”nın “radar”ındadır - “Barselona”nın müdafiəçisi

Dortmund “Borussiya”sı “Barselona”nın sağ cinah müdafiəçisi Hektor Fortu transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu ispaniyalı futbolçunun transferi üçün əsas namizəddir.

“Barselona” Fort üçün təxminən 20 milyon avro tələb edir. Kataloniya klubu mümkün transfer zamanı həmçinin, müqaviləyə futbolçunu geri alma bəndinin və ya gələcək satışdan müəyyən faiz əldə etmək şərtinin daxil edilməsini də nəzərdən keçirir.

Fort 2025/26 mövsümündə icarə əsasında “Elçe”də çıxış edib. 20 yaşlı müdafiəçi 17 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” onun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM