Mourinyo hazırkı heyətdən tam razı deyil, daha iki transfer istəyir

10:20 İspaniya 132
Mourinyo hazırkı heyətdən tam razı deyil,  daha iki transfer istəyir

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hazırkı heyətindən tam razı deyil və daha iki futbolçunun transfer olunmasını istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə sol mərkəz müdafiəçisi alınmasını istəyir.

Mourinyo bu mövqedə “İnter”in futbolçusu Alessandro Bastonini bəyənir. İtaliya klubu isə oyunçu üçün 70 milyon avro tələb edir.

Mourinyo həmçinin, yarımmüdafiəyə də yeni futbolçu cəlb etmək istəyir. O, həm müdafiədə, həm də hücumda oynaya bilən, yüksək tempə davam gətirən universal yarımmüdafiəçi axtarır.

Baş məşqçinin bu mövqeyə nümunə kimi “Atletiko”nun yeni transferi Morten Hjulmann kimi oyunçu istədiyi deyilir.

“Real” daha əvvəl “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri üçün 70 milyon avro ayırıb. Lakin ispaniyalı futbolçunun “Barselona”ya keçmək istəməsindən sonra klub bu planını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!