“Barselona” ilə şəxsi müqavilə şərtlərini razılaşdırdı - Dünya çempionu

16 Avqust 12:45 İspaniya 598
“Barselona” ilə şəxsi müqavilə şərtlərini razılaşdırdı - Dünya çempionu

“Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını davam etdirəcəyi klubla bağlı yekun qərarını verib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Onun sözlərinə görə, DÇ-2026-nın ən yaxşı futbolçusu “Barselona” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb və hazırda klublararası danışıqların yekunlaşmasını gözləyir:

“Şəhərlilər” 30 yaşlı futbolçunun transferinə mane olmaq niyyətində deyillər və təcrübəli yarımmüdafiəçini bonuslar da daxil olmaqla 70 milyon avro qarşılığında buraxmağa razılıq veriblər”.

Ötən mövsüm Rodri 33 matçda meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin hesabında İspaniya millisinin heyətində 70 oyun var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM