“Real”da Eduardo Kamavinqanın uğursuz keçən ötən mövsümdən sonra özünü yenidən göstərə biləcəyinə inanırlar.
Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini həyata keçirə bilməməsindən sonra diqqəti Kamavinqaya yönəldib.
“Real” rəhbərliyi 23 yaşlı futbolçunun böyük potensiala malik olduğunu düşünür.
Klubda hesab edirlər ki, Kamavinqa inkişaf edərək transferinə 100-120 milyon avro ödənilməyə hazır olan futbolçular səviyyəsinə çata bilər.
Həmçinin, baş məşqçi Joze Mourinyonun fransalı yarımmüdafiəçinin ən yaxşı keyfiyyətlərini üzə çıxara biləcəyinə inanılır.
Rodrinin transferi baş tutsaydı, Kamavinqanın ya komandadan göndərilməsi, ya da əsas heyətdə ikinci dərəcəli rola keçirilməsi gündəmdə olacaqdı.
Kamavinqa ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir və “transfermarkt” dəyərini 50 milyon avro qiymətləndirir.
