Karyerasını PSJ-də davam etdirməyə hazırlaşır - “Barselona”nın hücumçusu

15 Avqust 00:10 İspaniya 343
Karyerasını PSJ-də davam etdirməyə hazırlaşır - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Ferran Torres karyerasını PSJ-də davam etdirməyə hazırlaşır.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı forvard Paris klubuna keçmək qərarına gəlib.

Torresin bu seçimində əsas amilin PSJ-də daha çox oyun vaxtı qazanacağına inanması olduğu bildirilir.

25 yaşlı futbolçu PSJ-də heyət rotasiyasını təhlil edib. O, diqqət yetirib ki, Paris klubunun əsas oyunçuları mövsüm ərzində hər matçda meydana çıxmır və daha çox vacib qarşılaşmalara fokuslanırlar.

Torres “Barselona”da keçirdiyi 207 oyunda 65 qol vurub və 23 məhsuldar ötürmə verib. Daha əvvəl PSJ-nin onun transferi üçün “Barselona”ya 50 milyon avro ödəyəcəyi barədə məlumat yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi