“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur” - “Barselona”ya keçən Kərim

01:30 İspaniya 87
“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur” - “Barselona”ya keçən Kərim

“Barselona”nın yeni transferi Kərim Adeyemi klubun sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur. O, mənim üçün həmişə bir nömrə olacaq.

Ronaldinyoya baxmaq da böyük zövq idi. “Barselona” tarixində çoxlu möhtəşəm futbolçular çıxış edib”.

24 yaşlı futbolçu bu yay “Borussiya”dan (Dortmund) “Barselona”ya transfer olunub. O, Kataloniya klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!