İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi dünya çempionu olduqdan sonra duyğusal paylaşım edib.
21 yaşlı futbolçu ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edən İspaniya millisinin heyətində çempionluq sevinci yaşayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında uğurunda əməyi olan insanlara təşəkkür edib:
“Son bir neçə il zədələrə görə çox çətin keçdi. Amma yaxınlarımın, ailəmin və dostlarımın sayəsində deyə bilərəm ki, bütün bunlar hədər getmədi.
Yenidən eyni yolu keçməyə hazıram.
Futbolçu kimi formalaşmağımda və dünya çempionu olmağımda mənə kömək edən ailəmə, məktəbimə, məşqçilərimə və “Barselona”nın əməkdaşlarına minnətdaram.
Nənəmin xatirəsi isə mənim üçün xüsusidir. Mənə verdiyin gücə görə təşəkkür edirəm”.
Qavi 2026-cı il dünya çempionatında iki oyunda meydana çıxıb. O, ötən mövsüm “Barselona”nın heyətində 13 matç keçirib və 1 məhsuldar ötürmə verib.

