“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını vətənində davam etdirmək və “Real”a keçmək istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amma bir mənbənin bildirdiyinə görə, ispaniyalı futbolçunun “kral klubu”na mümkün transferi və ya tərəflər arasında aparıla biləcək hansısa danışıqlar madridlilərin prezidenti Florentino Peres tərəfindən şəxsən əngəllənir.
“Mançester Siti” yeni müqavilə ilə bağlı təklifini hələ apreldə Rodriyə təqdim edib. 30 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Rodri İspaniya millisinin heyətində 2024-cü ildə Avropa çempionu, 2026-cı ildə isə dünya çempionu olub. O, həmçinin, 2024-cü ildə “qızıl top” mükafatına layiq görülüb.

